“Ünvanlı sosial yardım verilmə müddətinin 2 ilə qaldırılması imkan verəcək ki, gələn ilin aprel ayının 1-dən sonra yardım üçün müraciət edənlərin sayında 2 dəfə azalsın”.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bildiyimiz ki, oktybrın 1-nə 115 min ailə sosial yardım alırdısa, noyabrın əvvəllərində bu rəqəm 112 min ailəyə endi: “Bu gün 112 min ailənin təqribən 489 min üzvü bu yardımdan yararlanır. Orta məbləğ bir aylıq 155 manata yaxınlaşır. Bu, gördüyünüz kimi kifayət qədər böyük rəqəmdir. Bu gün Azərbaycan Respublikasında aztəminatlı ailələrin dövlət hesabına bu yardımlarla təmin olunması Azərbaycan vətəndaşlarının BMT-nin müəyyən elədiyi kriteriyalar üzrə müəyyənləşdirilən ifrat yoxsulluq səviyyəsindən çıxarılamsına xidmət edir. Çox şükürlər olsun ki, bu gün Azərbaycan çərçivəsində aclıq məhfumu ortadan götürülüb. Yoxsulluq adı altında ailələrin ünvanlı sosial yardımla təmin olunması bu proqram altında həyata keçirilir. Bildiyiniz kimi, ünvanlı sosial yardımın verilmə müddəti 2 ilə qaldırıldı. Bu imkan verəcək ki, gələn ilin aprel ayının 1-dən sonra ünvanlı sosial yardım üçün müraciət edənlərin sayı 2 dəfə azalsın”.
Nazir eyni zamanda qeyd etdi ki, hazırda ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılmış şəkildə qurulması işləri həyata keçirilir: “Artıq Bakının rayonlarında ayrı-ayrı sosial mərkəzlərində yardım masalarının hazırlanması prosesinə start verilib. Həmin masalar vətəndaşlarımıza elektron şəkildə müraciət etmək probleminin aradan qaldırılmasına kömək edəcək”./atv
7news.az








