RU
Bu video ərəbləri şoka saldı: “Təhqiredici və abırsız...” – VİDEO
13:34
656

Bu video ərəbləri şoka saldı: “Təhqiredici və abırsız...” – VİDEO

Bəhreyndə ərəblər və yəhudilər yəhudi bayramı olan hanukanı birgə qeyd ediblər.

7News.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı yəhudi milyonçu Lazer Şeyner tərəfindən təşkil edilən mərasimdə ərəblər və yəhudilər birgə rəqs ediblər.

Birgə rəqsin görüntüləri "YouTube”da bazar ertəsi ortaya çıxıb. Müxtəlif mədəniyyətlərə aid insanların birgə bayram etməsini təqdir ediblər.

Lakin görüntülər Fələstinin HƏMAS təşkilatı tərəfindən hiddətlə qarşılanıb. Təşkilatın bəyanatında yəhudilər və ərəblərin birgə rəqsini "təhqiredici və abırsız nümayiş” adlandırılıb.

Qeyd edək ki, Bəhreynin 1,3 milyonluq əhalisinin cəmi 50 nəfəri yəhudidir.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ