RU
Bu videoya 3 milyarda yaxın insan baxıb - Dünyada yeni rekord
14:21
803

Bu videoya 3 milyarda yaxın insan baxıb - Dünyada yeni rekord

Uiz Xalifa (Wiz Khalifa) və Çarli Putin (Charlie Puth)-un "See You Again” klipi "Youtube” video servisində ən baxımlı klip olub. 

Mahnı avtomobil qəzası zamanı həlak olan aktyor Pol Uokerə (Paul Walker) həsr olunub.

Klipə baxış sayı 2 895 847 615-dən çoxdur. Əvvəlki rekordun sahibi "PSY”-da bu göstərici təxminən bir milyon baxış azdır. 

"See You Again” treki "Forsaj 7”-nin soundtreklərindən biridir. Pol Uoker filmin çəkilişlərini yekunlaşdıra bilməyib və 2013-cü ildə baş verən qəza zamanı həlak olub. 

Qeyd edək ki, "Gangnam Style” "YouTube” tarixində ilk dəfə bir milyard baxışı keçən videodur. Bu 2012-ci ilin dekabrında, klipin çıxmasından 6 ay sonra baş verib. 2014-cü ilin iyununda isə klipə baxış sayları iki milyardı ötüb.

 azvision.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ