Avstraliyada kriket oyunlarını izləmək üçün meydançaya quraşdırılan hovuz tirbuna dünyanın diqqət mərkəzinə düşüb.
7news.Az xəbər verir ki, bu ölkədə xüsusi diqqət çəkən kriket matçlarına daha çox azarkeş cəlb etmək üçün "Gabba Stadionu” arenada hovuz düzəltdirib.
Maraqlıdır ki, bu tribunadan matçı daha çox qadınlar izləyir. Hətta bu cür tribunalara görə Avstraliya millisinin Pakistana qarşı keçirdiyi matça 25 min azarkeş gəlib.


















