Qida rasionunuza hər gün bir ədəd yumurta əlavə edin. Bununla da, iflic riskini 12 faiz azaltmış olacaqsınız. Amerika Birləşmiş Ştatlarının Epidstat İnsitutunun mütəxəssisləri aparılan araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Araşdırma rəhbəri həkim Dominik Alexander deyir ki, "Yumurta hər baxımdan çox zəngin bir qidadır. Mütəmadi qəbul olunduğunda iflic riskini 12 faiz azaldır. Eyni zamanda yumurta ürək xəstəliklərinə tutulma riskini də xeyli aşağı salır. Bu baxımdan o, hər gün bir dənə yumurta yeyilməsini məsləhət görür. Yumurtanı həm də, mədə-bağırsaq xəstəlikləri zamanı rasionunuza əlavə edə bilərsiz.
Lakin bu da son deyil. Bu məhsulun tərkibindəki vitaminlər saç, dırnaq, dəri gözəlliyi üçün gərəkli olan kollejin, keratin kimi maddələrin istehsalına kömək edir. Odur ki, həm sağlam, həm də gözəl olmaq istəyirsinizsə yumurtanı süfrənizdən əksik etməyin.
7News.az








