Atəşkəs sözü bu günlərə yaraşmırheç. Bu yaz müharibəli yazdır.
Yazda da xeyir var, inşallah!
Uşağın, yeniyetmənin, gəncin, yaşlının - hamının üç rəngli bayrağa sarılıb, Vətən üçün toplanan gördük.Bu yaz bizim yazdır deyəsən.
Bu yaz torpaq tam oyanmamış, qübarlamış torpaqlarımızdan bir az geri qaytarıb gözümüzə təpdik. O təpələrdə otlar gözünü işğalda yumub, azadlıqda açdıbu yaz!
Lələtəpədəki çiçəklərin azadlıqda açdığı, bütün xalqın əsgərinə məktub yazdığı fəsildə havadan yasəmən qoxusu gəlməzmi?
Deyirdilər ki, onlarda vətənpərlik hissi zəifdir, yoxdur filan... Bu dəfə atəşkəslə yaşıd və ya atəşkəsdən sonra doğulanların, doxsanıncı, iki mininci illərin uşaqları üçün Vətən, bayraq, torpaq, dövlət sevgisinin imtahanıydı. İlk sınaqdan onların yekə bir “BEŞ” aldıqları fəsildir, bu yaz!
Atəşkəsdən sonra doğulan övladımızın heç vaxt görmədiyi torpaq üçün sinəsini qabağa verib, irəli atıldığı, şəhid olduğu, bayrağımıza bürünüb el obanın çiynində quş kimi süzüb cənnətə getdiyi yazdır bu yaz!
Ali məktəbə imtahanda ən yüksək nəticə göstərən, elmli, intellektual, müasir Azərbaycan gəncinin, Müşfiqin vətən uğrunda canından keçdiyi bu yaz gecəsində ölməyə nə var!
Şəhidpilotlarımız, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov, polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimində bayrağa bürünən gənclərin Şəhidlərimizn şəkilinə həsrətlə baxdığını öz gözümlə gördüm!
Böyüməkdə olan nəslin mesajını da gördük - Təbriz Musazadənin oğlu Onurun atasının şəkliqarşısındakı əsgər salamında, baxışında
Qloballaşan dünya yeni nəsilin vətənpərvərlik hissini öldürüb deyib ağlayan yaşlılar rahatlansın daha!
Bu yaz Azərbaycan Əsgərinin, qəhramanlıq üçün, bizi sevindirmək üçün əlinə fürsət düşən bahardır. Hamının bu fürsətdən yararlanmaq istədiyi, torpaqlarımızı azad etmək uğrunda qəhraman olmaq istədiyi yazdır bu yaz!
Hərbi gücümüzlə öyündüyümüz bu yazda döyüşdən kim qorxar ki... “Bu yaz gecəsində ölməyə nə var”
“İgid əsgər möhkəm dayan!”
Barıt qoxulu mahnılara yenidən qulaq asdığımız, Şəmistanınyenidən dəbə mindiyi, “Cənab Leytenant”ın “aylı paqonları”na ruhlandığımız fəsildir bu yaz!
Əsgər, Vətən əmanəti, Yurd əmanəti!
Döyüşmək üçün xahiş edən könüllülərin “hələ gözləyin”dən əsəbiləşdiyini gördük, bu yaz xalq döyüşmək istəyir. Hamının əsgəri sevdiyi, əsgərə məktub yazdığı bu yaz gecəsində əsgər olmaq nə xoşdur!
Bu yazın gecələrində qələbə qoxusunu duydunuzmu?
Yaxında deyilmi? !
Buz yaz bizim yaz deyilmi?
Hay ver mənə cənab leytenant!
Nicat Qafuroğlu
Xüsusi olaraq 7News.Az saytı üçün









