RU
Bu yazı lövhəsinə baxan adam siqareti tərgidir
12:56
973

Bu yazı lövhəsinə baxan adam siqareti tərgidir

100 milyonlarla insanın ölümünə səbəb olub. Bir neçə il ərzində isə qurbanlarının sayının 10 dəfə artacağı deyilir. Söhbət tanış bəladan, siqaretdən gedir.

Elə bütün bu təhlükələri nəzərə alaraq Türkiyənin Balıkəsir şəhərində yaşayan Sercan Şık adlı şəxs işlətdiyi çay evinin girişinə asdığı yazı lövhəsi ilə sakinləri siqaretin zərərləri haqda qəribə şəkildə məlumatlandırmağa çalışır.

Siqaretin insan sağlamlığı üzərində fəsadlarının qəribə şəkildə qələmə alındığı lövhədə “Adı – tütün. Soyadı – siqaret. Ana adı – kök. Ata adı – Yarpaq. Doğum yeri – torpaq. Cinsiyyəti - nikotin. Vəzifəsi – Xərçəng. Ünvanı – insan. Dayanacağı – dodaq. Küçəsi – qırtlaq. Prospekti – bağırsaq. Məhləsi – ağciyər. Şəhəri – ölüm. Həyat yoldaşı - əzrail. Sonu – məzar” kimi ifadələr diqqət çəkir.

Sercan Şık, 3 ildir ki, belə bir mübarizəyə başlayıb. Dediyinə görə başladığı işin nəticəsini də görüb. Məhz onun siqaretə qarşı apardığı təbliğat nəticəsində indiyə kimi yüzlərlə adam siqaretdən imtina edib.

Qeyd edək ki, hazırda yer üzündə il ərzində 6 trilyon ədəd siqaret istehsal edilir. Həmçinin siqaret il ərzində 6 milyon insanın ölümünə səbəb olur. Son 7 ildə siqaret istehsalının həcmi 12 faiz artıb. Bu da siqaretin ən çox gəlir gətirən sahələrdən biri olması ilə bağlıdır./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ