RU
Bu
12:23
2097

Bu "yol" məktəb yoludur

Dünyanın ən müqəddəs yollarından biridir, məktəb yolu...

Ancaq Nepalın Dxainq kəndinin uşaqları bu yolu qorxaraq keçməyə məhkumdur. Adrenalin həvəskarlarının dağlarda kəndirlə sallaşaraq müəyyən məsafə qət etməsi  qeyri-adi performans kimi qiymətləndirilir. Halbuki bu kənddə həmin performanslar hər bir uşaq üçün adi bir prosedura çevrilib.  Dərin və gur sulu çayın o tərəfində olan məktəbə gedə bilmək üçün, uşaqlar hər gün  az qala  kəndirbazlıq etmək məcburiyyətində qalır.

Əlaqədar qurumlar bütün çağırışlara baxmayaraq Trişuli çayı üzərində körpü qurmağı ləngidir. Belə olan halda  uşaqlar məktəbə hava yolu ilə- kəndirdən yapışaraq getməli olur. Sadəcə dərsə gedənlər yox, Beniğat rayonuna getmək istəyənlər də eyni sərgüzəştlə üzləşməlidir.

Dünyanın ən təhlükəli məktəb yolllarından biri kimi qiymətləndirilən bu yol kimilərini mənzil başına, kimilərini isə o dünyaya çatdırır.  2010-cu ildə 5 nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən hadisələrə baxmayaraq, sakinlər hələ də məftil  kanatdan istifadə edir.

Onu da qeyd edək ki, Nepalda bu cür keçidlər çoxdur. Bir müddət əvvəl  hökumət 2 il ərzində həmin kanatların körpülərlə əvəzlənməsinə qərar verib. Ancaq cəmi  bir körpü istifadəyə verilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ