RU
16:56
1175

"Bu, yunanların Kiprlə bağlı son şansıdır"

Kipr probleminin həlli ilə bağlı danışıqlar yunan tərəfinin son şansıdır.

7News.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.
Onun sözlərinə görə, Türkiyə hər zaman bu danışıqlarda konstruktiv tərəf olub. Baş nazir yunan tərəfinin həmişə Kiprlə bağlı danışıqlara problem yaratdığını bildirib. 
Qeyd edək ki, hazırda Kipr adasında iki dövlət var. Bunlar Kipr Respublikası və Şimali Kipr Türk Respublikasıdır. Şimali Kipr Türk Respublikası indiyə qədər Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ