Macarıstanın paytaxtı Budapeştdə metroda dəhşətli qəza baş verib.
Metroda iki metro qatarı toqquşub. Qəza nəticəsində 10 nəfərdən çox insan yaralanıb. Hadisədən sonra Budapeşt metrosunda hərəkət dayandırılıb.
Qəzanın hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı nəqliyyat mütəxəssisləri, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar aparır./olke.az
7news.Az








