Macarıstan arxeoloqları Budapeştin Obuda rayonunda yaşı təqribən 1 700 il olan Roma sərdabəsini aşkar ediblər.
Bu barədə "Associated Press" agentliyi məlumat verib.
Bildirilir ki, tapıntı vaxtilə Akvink yaşayış məntəqəsinin yerləşdiyi ehtimal edilən ərazidə qeydə alınıb.
Sərdabənin içərisində gənc qız skeleti aşkarlanıb. Bundan əlavə, sərdabənin içində iki şüşə qab, tunc fiqurlar və 140 sikkə olub.
Hazırda arxeoloqlar sərdabənin dibindəki dörd santimetrlik palçıq qatını təmizləyirlər. Onlar bunun altında başqa əşyaların gizlədildiyini düşünürlər.








