Vergilər Nazirliyi hesabatını açıqladı.
Vergilər Nazirliyi 2016-cı ilin yanvar-iyun ayları ərzində vergi daxilolmaları haqqında məlumat açıqlayıb.
7news.Az xəbər verir ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 190 milyon 139,33 min manat vəsait daxil olub, proqnoz tapşırığına 102 faiz əməl edilib. Hesabat dövründə 53 min 221 vergi ödəyicisi qeydiyyata alınıb.
7news.Az








