RU
Büdcə zərfi gələn həftə ikinci oxunuşda müzakirə olunacaq
11:32
297

Büdcə zərfi gələn həftə ikinci oxunuşda müzakirə olunacaq

2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin parlament komitələrində ikinci oxunuşda müzakirələri gələn həftə, ayın 19, 20 və 21-i tarixlərində keçiriləcək.

7News.Az-ın xəbərinə görə, üç günlük komitə iclaslarında birinci oxunuşdan sonra büdcə zərfində aparılan dəyişikliklər, yeniliklərlə bağlı millət vəkillərinə məlumat veriləcək.

İclaslarda bir sıra nazirlərin, dövlət qurumları rəhbərlərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.

Komitə iclaslarında millət vəkilləri ikinci oxunuşda büdcə zərfinə münasibət bildirəcəklər və sonda isə onu ayın 23-də keçiriləcək plenar iclasa tövsiyə edəcəklər.

Noyabrın 30-da isə büdcə zərfi bütövlükdə qəbul olunacaq və imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ