RU
Büdcədən düzgün istifadə etməyənlər cəzalandırılacaq
16:34
983

Büdcədən düzgün istifadə etməyənlər cəzalandırılacaq

Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi.

Milli Məclisin bugünkü plenar iclasında dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəzaların tətbiq edilməsi barədə layihəsi təsdiqlənib. 

7news.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddə əlavə edilib.

Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.

Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ