Rusiyanın maliyyə naziri Aleksey Kudrin ölkənin maliyyə sektorundakı durumu dəyərləndirib.
Keçmiş maliyyə naziri Rusiya üçün çox bədbin proqnozlar verib.
Kudrin bildirib ki, federal büdcə bu ilin sonunda ÜDM-in 5-5,5% qədər kəsirlə bağlanacaq. O, qeyd edib ki, hökumət kəsirləri 3%-dən aşağı nəzərdə tutsa da, əslində iqtisadiyyatdakı kritik durum onu deməyə əsas verir ki, kəsir nəzərdə tutulandan 2 dəfə çox ola bilər.
Qeyd edək ki, uzun illər Rusiyanın maliyyə naziri olmuş Aleksey Kudrin dünyanın ən tanınmış maliyyə analitiklərindən biri sayılır./olke.az
7news.Az








