““Freedom House” təşkilatının Azərbaycana qarşı ikili standartları hər zaman olub”. 7News.az xəbər verir ki, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev “Freedom House” təşkilatının açıqladığı siyahıya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, vətəndaş və siyasi azadlıqlar üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Freedom House” 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb: “Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib. Təşkilat Azərbaycana qarşı qərəzli mövqe seçib. “Freedom House” ənənəvi xəttini davam etdirir. Bu xətt Azərbaycanla, Azərbaycanın siyasi hakimiyyəti ilə düşmənçilik xəttidir. Siyasi və iqtisadi problemlər hər yerdə var. Bizim fərqimiz ondadır ki, biz problemlərdən qaçmırıq, əksinə həlli istiqamətində işlər görürük. “Freedom House" və bəzi başqa beynalxalq təşkilatlar yalnız Azərbaycanı tutub və ölkəmizi düşmən obrazında göstərməyə çalışırlar. “Freedom House” belə qeyri obyektiv hərəkətləri ilə dünyada olan az-çox nüfuzuna xələl gətirib".
Bucür hesabatlarla “Freedom House” təşkilatı özünün mahiyyətini açıqladığını deyən A.Verdiyev bnun ikili standartın növbəti təzahürü olduğunu dedi: "Mahiyyət – yalan, məqsəd – hədəf ölkələri qaralamaq, idarəetmə mərkəzi – imperialist ölkələr. Konkret olaraq, Azərbaycanla bağlı hissə isə saxtakarlığın pik həddidir. Hesabat müəllifləri Qafqazda ən qeyri-azad ölkə kimi Azərbaycanı göstərir və 16 xal verir. Ermənistana 46, Gürcüstana 64 və mövcud olmayan “Dağlıq Qarabağ Respublikasına” isə 33 xal verir. Bu, saxtakarlıq, əxlaqsızlıq və riyakarlıqdır. Dünyanın heç bir dövlətinin tanımadığı bir ərazini müstəqil dövlət kimi təqdim etmək açıq qərəzin nümayişidir. Hərçənd ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir və Dağlıq Qarabağa verilən 33 xalın üstünə Azərbaycana verilən 16 xalı toplasaq, Azərbaycan üçün 49 xal olur. Odur ki, Freedom House təşkilatının qərəzi yenə özünə qalır”.








