RU
Builki sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələri olan rayonların adları məlum olub
12:10
37

Builki sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələri olan rayonların adları məlum olub

Builki sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bölgələr üzrə nəticələrə də toxunub:

"Riyaziyyat fənni üzrə elə bölgələr var ki, orada nəticələri zəif olan müəllimlər fəaliyyət göstərir. Belə hallarda bəzi məktəblərdə 5 müəllimdən yalnız 1-i növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ