Taylandın Phang Nga əyalətində almaniyalı turist Hans-Peter Malten köpəkbalığının hücumuna məruz qalıb.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli "The phuket news" portalı yazır.

Belə ki, 75 yaşlı turist xanımı ilə birlikdə sahildən 6 metr aralıda üzərkən əli təsadüfən naməlum balığa dəyib, lakin su bulanıq olduğundan Malten bunun köpəkbalığı olduğunu anlamadan üzməyə davam edib. Bu zaman balıq onun ayağından möhkəm dişləyərək uzaqlaşıb.

20 santimetrlik dərin yarası olan turist yaxınlıqda üzənləri köməyə çağırıb. Yerli xilasedicilər onu tibb mərkəzinə çatdırıb. Daha sonra turist sığortasından istifadə edə biləcəyi özəl xəstəxanaya köçürülüb.

Hazırda Malten evə buraxılıb.

7News.Az








