Türkiyəli müğənni Bülənt Ərsoy geyiminə görə tənqid atəşinə tutulub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl geyindiyi bahalı xəzə görə qınanıb. Belə ki, divanın həmkarı Aynur Aydın onun geyimi haqda sərt sözlər deyib. Bu haqda açıqlama verən ifaçı "Hər halda, Bülənt Ərsoy cəsəd geyindiyinin fərqində deyil" -, deyə bildirib.
Onun bu açıqlamasından sonra heyvansevərlər də mövzuya qoşularaq Ərsoyu tənqid ediblər.
Qeyd edək ki, sənətçi hər zaman bahalı kürkləri ilə gündəmə gəlib və onların təbii olduğunu bildirib.











