RU
Bulvar İdarəsinə tabe olan qurumlar
10:47
1340

Bulvar İdarəsinə tabe olan qurumlar

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı” təsdiq edilib.

7News.Az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır: Dövlət Bayrağı Muzeyi; Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi; təsərrüfat hesablı təşkilatlar; “Sahil Xidməti” MMC; “Dənizkənarı Milli Park” MMC.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ