Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:59-da başa çatıb./milli
7news.az








