=================
Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova 16 avqust 2019-cu ildə 174 saylı sərəncam imzalayıb. Sərəncam Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili üçün Komissiyanın yaradılması haqqındadır. Sərəncamın 3-cü bəndində qeyd olunur ki, "Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 10 (on) nəfər müəyyən edilsin.”
Hazırda rayon icra hakimiyyətinin saytında İctimai Şuranın 15 nəfərdən ibarət olduğu qeyd olunur. Mən İŞ-ya üzv olan hər bir VC nümayəndəsinə dərin sayğımı bildirirəm və onlaırn fəaliyyətin də qiymətləndirirəm. Kimsə də başçının yaxşı işlərindən yazmasın, zatən onun pis və yaxşı işləməsinin bu məsələyə heç adiyyatı yoxdur. Bu fakt təsdiqini taparsa ( Halbuki rəsmi məlumatlar bunu təsdiq edir) başçının üzr istəməsi və cavabdehləri cəzalandırılması vacibdir."
7NEWS.az










