RU
“Buna inanmırdım”
12:21
1247

“Buna inanmırdım”

Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

7News.Az xəbər verir ki, futbolçu bu cür debütü gözləmədiyini bildirib: “Düşünürdük ki, oyun çox çətin keçəcək. Amma biz böyükhesablı qələbə qazandıq. İlk rəsmi oyunumda het-trik etdiyim üçün çox xoşbəxtəm. İnanmırdım ki, belə uğurlu start verəcəm. Karyeramda het-trik etməmişdim və bunu “Qəbələ”də bacardım. Rəqibimiz zəif deyildi. Sadəcə onların oyunu alınmadı. Bu gün meydanda istədiyimizə nail olduq. Heyətimzidə yaxşı futbolçular var və qələbəni haqq edirdik. Komanda yoladaşlarımı və azakeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ