RU
Bundesliqada maraqlı olay: Azarkeşlər oyunu izləmək üçün 12 metrlik ağaca çıxdılar (FOTO)
12:48
403

Bundesliqada maraqlı olay: Azarkeşlər oyunu izləmək üçün 12 metrlik ağaca çıxdılar (FOTO)

Koronavirusla əlaqədar məhdudiyyətlərə baxmayaraq, iki azarkeş Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində oynanılan "Union" - "Bavariya" matçını yerindən izləməyə cəhd ediblər.

7News.Az "Bild"ə istinadən xəbər verir ki, azarkeşlər stadionun yaxınlığındakı 12 metrlik ağaca çıxaraq bir müddət oyuna tamaşa ediblər. Amma çox keçməmiş polis onları görüb və aşağı düşməyə məcbur edib.

Polis sözügedən fanatları cəzalandırmayıb. Onlardan yalnız ərazini tərk etmələri istənilib.
 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ