RU
Bundesliqanın iki klubunda yeni baş məşqçi
16:10
1031

Bundesliqanın iki klubunda yeni baş məşqçi

Almaniyanın "Ausburq" klubunun yeni baş məşqçisi müəyyənləşib.

7News.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı yeni mövsümdən Dirk Şuster çalışdıracaq.

48 yaşlı mütəxəssis Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Şuster bu vəzifədə Markus Vayntsirli əvəzləyib.

Artıq Vayntsirlin də yeni iş yeri bəlli olub. 41 yaşlı mütəxəssis digər Bundesliqa təmsilçisi "Şalke"nin baş məşqçisi təyin edilib. Onunla da 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Ausburq" Bundesliqada ötən mövsümü 12-ci, "Şalke" isə 5-ci pillədə başa vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ