Xəbər verdiyimiz kimi bugün Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib. 7News.az xarici KİV-ə istinadən xəbər verir ki, alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub. Qeyd edək ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.
7News.az-ın məlumatına görə isə Almaniya Bundestaqının 631 millət vəkilindən yalnız bu xanım Bettina Kudla sənədin əleyhinə səs verib. O deyib: "Başqa ölkələrdə meydana gələn hadisələri dəyərləndirmək Federal Məclisin işi deyil.Məclisə təqdim edilən sənəddə tarixçilərin bunun soyqrım olduğunu göstərən bir dəyərləndirmə yoxdur. Bu sənədin siyasi və maliyyə təsirlərini indidən proqnozlaşdırmaq mümkün deyil." 631 millət vəkilindən yalnız bu xanım göründüyü qədəri ilə soyuq başla düşünmək qabiliyyətindədir.








