RU
14:10
297

"Bura əxlaqsızlıq etmək üçün gəlmişəm" - Bu qadın əslində.../ FOTO

Braziliyadan əvvəl Qətərə, oradan da Adanaya gələn Braziliya əsilli bir qadının 8 idman ayaqqabısının dabanında 1 kilo 770 qram narkotik ələ keçirildi.

Narkotikdən xəbəri olmadığını deyən qadın "mən Adanaya fahişəlik məqsədiylə gəlmişəm" cavabını verib.

Hadisə Adana Aeroportu Xarici Xətlər hissəsində baş verib. İddiaya görə; Braziliyalı Mariya Dos Santos Cisto (41) 8 cüt idman ayaqqabısının dabanına gizlətdiyi 1 kiloqram 770 qram kokaini təyyarə içi kabinetə sığacaq böyüklükdə bir çamadana qoyduqdan sonra Braziliyadan ötürməli olaraq əvvəl Qətərə, daha sonra isə Adanaya təyyarə bileti alıb. Braziliyadan təyyarəyə minən qadın ötürməli uçduğu üçün əvvəlcə Qətərə enib. Bu ölkədə təyyarə dəyişdirən kuryer qadın, daha sonra Adana təyyarəsinə minib.

Şəhərə gələn Mariya Dos Santos Cisto, kabinə baqajını aldıqdan sonra pasport nəzarət nöqtəsinə gedib. Qadının davranışlarından şübhələnən, bu mövsümdə Adanaya Braziliyadan bir turistin gəlməyəcəyini düşünən polis, narkotik briqadalarına xəbər verib. Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsinin əməkdaşları qadının üst axtarmasını etdikdən sonra çamadanını açıb və 8 ədəd idman ayaqqabısı tapıb.

Bütövlükdə 1 kilo 770 qram kokain ələ keçirən polis qadını nəzarətə alıb. Bir oteldə rezervasiya edən kuryer qadın "çanta içində yalnız ayaqqabı olduğunu zənn edirdim. Adanada onu birinə təslim edəcəkdim. Başqa bir məlumatım yoxdur. Mən Adanaya fahişəlik məqsədli gəldim" deyib.

Braziliyalı qadın "beynəlxalq narkotik ticarəti"ndən sövq edildiyi məhkəmə tərəfindən həbs olunub./metbuat

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ