RU
Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır? - AÇIQLAMA
13:00
98

Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır? - AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ