Burkina Fasonun Xarici İşlər Nazirliyi Fransanın bu ölkədəki səfirliyinə nota göndərərək, 3 fransız diplomatı "təxribatçı fəaliyyət" səbəbilə arzuolunmaz şəxs elan etdiyini bildirib.
7NEWS.az xəbər verir ki, Göndərilən sənədə əsasən, diplomatlar "48 saat ərzində” ölkəni tərk etməlidirlər. 2023-cü ilin martında Burkina Faso rəsmiləri Fransa ilə 60 ildən çox müddətə qüvvədə olan hərbi yardım müqaviləsinə xitam verildiyini açıqladı və həmçinin Parisə Fransa hərbçilərinin bir ay ərzində ölkəni tərk etməli olduğu barədə xəbər verdi.
7NEWS.az








