Qərbi Afrika ölkəsi Burkina Fasoda radikal islamçıların hücumu zamanı 12 hərbçi həlak olub.
7NEWS.Az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadən AFP məlumat yayıb.
Qeyd edilir ki, bazar günü silahlılar ölkənin şərqində yerləşən hərbi hissəyə hücum ediblər.
Digər mənbə agentliyə öldürülən hərbçilərin patrul və təhlükəsizlik komandasının bir hissəsi olduğunu söyləyib. Mənbənin sözlərinə görə, hərbçilər bir neçə silahlını zərərsizləşdirə biliblər.
7NEWS.Az







