RU
Burkina-Fasoda terror aktı nəticəsində 15 nəfər ölüb
13:32
118

Burkina-Fasoda terror aktı nəticəsində 15 nəfər ölüb



7NEWS.az xəbər verir ki, Yerli mətbuatın məlumatına görə, silahlı qrup Qnaqna vilayətinin Sorqa kəndinə hücum edib. Səhər saatlarında motosikletlərlə kəndə gələn qrup atəş açıb. Hadisə nəticəsində azı 15 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini öz evlərinə qayıda bildi.
Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ