RU
15:35
461

"Bütün imkanlar səfərbər ediləcək" - Mövlud Çavuşoğlu

"İraqdakı hadisələr Türkiyənin təhlükəsizliyi üçün təhdid yaradarsa, quru əməliyyatları da daxil olmaqla bütün imkanlardan istifadə edərək, həmin təhdidləri aradan qaldırarıq”.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Mosul əməliyyatlarından danışarkən belə deyib:

"Ankara ona qarşı yönələn təhdidləri yox etmək üçün beynəlxalq hüquq çərçivəsində tədbir görəcək. Necə ki, Suriyadakı İŞİD təhlükəsi bizim səbrimizi tükəndirdi və lazım olan addımı atdıq, eləcə də İraqın Sincar və ya digər bölgələrindən bizə qarşı yönələn istənilən təhdidin qarşısını almaq üçün bütün imkanlar səfərbər ediləcək".

Türkiyəli diplomat PYD, PKK terrorçularının hələ də Mənbic bölgəsindəki mövcudluğuna də toxunub:

"Biz amerikalılara da fikrimizi dedik. Terrorçular Mənbicdən çıxmasa, biz öz imkanlarımızla silahlıları bölgədən çıxararıq”.

Çavuşoğlu, hərbi çevrilişə cəhdin əsas iştirakçısı Adil Öksüzün yeri barədə məlumat verənə 4 milyon lirə pul mükafatı veriləcəyi ilə bağlı suala da münasibət bildirib.

"Mənim fikrimcə, bu insan 5 lirəyə belə dəyməz. Lakin əməliyyatların uğurla başa çatması üçün xainlərin yerini müəyyən etmək lazımdır. Onun xarici ölkəyə qaçıb-qaçmadığı da hələki dəqiqləşməyib”.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ