"Əli Kərimlinin feysbuk statuslarına baxanda adamın ürəyi bulanır. Yazdığı hər kəlmə, hər iyrənclik, hər yalan, elədiyi hər riyakarlıq insanda ikrah hissi oyadır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"AXCP” sədri iddia edir ki, şəxsən tanımadığı, heç bir zaman üzünü görmədiyi adamı müdafiə edir. Yalansa sənin, yalan deyilsə mənim külli-nəcabətimə lənət! Kimi dolayırsan sən? Bu nağılları kimə danışırsan sən? Necə tanımıram? Sən tanımadığın adamı öz səhifəndə müdafiəmi edərsən? Sən pul almadığın, maliyyəsinə çökmədiyin birinə dəstəkmi verərsən? Tanıyırsan! Öz də əlinin içi kimi tanıyırsan! Müdafiə eləməyinin səbəbi isə budur ki, sabah istintaqda, dindirmədə sənin adını çəkməsin! Çünki sənin adın bütün murdar oyunlarda yer alır, bütün təxribatlarda, bütün şantajlarda, bütün əyri işlərdə Əli Kərimlinin imzası var!” – deyə Partiya sədri fikirlərinə davam edib.








