RU
Bütün ofis işçiləri bu deyilənləri etsin - TÖVSİYƏ
18:24
466

Bütün ofis işçiləri bu deyilənləri etsin - TÖVSİYƏ

Hər kəs həyatı boyunca ən az 1 dəfə də olsa, boyun ağrılarından şikayət edir. Boyun ağrısıyla yanaşı qol və əldə keyimələr, əllərdə gücsüzlük hissi, baş gicəllənməsi, çaşqınlıq daha çox dilə gətirilən hallardır.                                      

Stol arxasında çalışanlar daha çox diqqət etməlidir                                      

Boyun ağrısına yol açan bir çox xəstəliklər var. Boyun ağrısına boyun yırtığı, müxtəlif ağrı sindromları, masa ətrafında çox oturmaq və zədələnmə sonrası baş verən nəticələr səbəb ola bilər. Masa arxasında çalışanlar və kompüterlə işləyənlərdə boyun ağrılarına daha çox rast gəlinir. Bu ağrılar boyun nahiyəsində olsa da, kürəyə, qola və hətta sinəyə doğru yayıla bilər.                                                                                 

Cərrahiyyə əməliyyatına ehtiyac duyula bilər                                                 

Boyun ağrılarının müalicəsi zamanı ilk öncə ağrının qaynağının bilinməsi vacibdir. Bəzi boyun ağrıları yüngül olduğundan sadəcə dərmanla müalicə edilir. Bəzən boyun ağrısının kəskin forması boyun yırtığı, hətta şiş xəstəliyi ilə əlaqəli ola bilər. Boyun yırtığı əməliyyatsız müalicə edilə bilər. Lakin boyun ağrılarına səbəb olan bağırsaq funksiyasındakı və sidik kisəsindəki pozğunluqlar zamanı artıq əməliyyata ehtiyac duyula bilər.                   

Fərqli idman hərəkətləri etmək lazımdır                                                        

Boyun ağrısı problemi yaşayan şəxs sadə idman hərəkətləri etməklə bundan canını qurtara bilər.                                                             

Boyun ağrıları zamanı ağrıkəsici, yuxu nizamlayan, antidepressant dərmanlar istifadə edilir. Hər müalicə həkim məsləhətinə uyğun şəkildə aparılmalıdır. Dərmanlarla yanaşı məsləhət görülən idman hərəkətləri bu müalicəni tamamlayır. Düzəldici hərəkətlər, boyun əzələlələrini gücləndirən hərəkətlər məsləhətdir.                                                                                       

Ofisdə boynunuzu idman elətdirməyi unutmayın.                                                      

Oturaq şəkildə boynunuza etdiyiniz masaj hərəkətləri çox faydalıdır. Boyun oynaqlarına, ya da epidural aralığa inyeksiya edilməsi də faydalıdır.                             

Boyun ağrılarınn kəskin dönəmində boyunluqdan istifadə məsləhət görülə bilər. Bundan uzun müddət istifadə boyun əzələlərində hərəkətsizlik yaratdığından az istifadəsi məsləhət görülür.                                                                                                          

Boyun ağrısından xilas olmaq üçün nələr etməlisiniz?          

                               

- Duruşun düz olması, boyunu kəskin zədələrdən qorumaq, boyun bölgəsini gücləndirmək vacibdir.                                                                                                

- Nizamlı olaraq qidalanmaq və müntəzəm idman hərəktlərilə məşğul olmaq lazımdır.                                                                                                                   

- Masa arxasında oturarkən işə ara verərək qalxıb gəzmək lazımdır.                                     

 

- Baş və boyun düzgün vəziyyətdə olmalıdır.                                                           

 

- Çox qalın yastıqda yatmaq olmaz.                                                                       

 

- Üz üstə yatmaq boyundakı ağrıları artıra bilər. Kürək üstə, ya da böyrü üstə yatmaq lazımdır.                                                                                                                         

- Uzun müddət baş aşağı olan hərəktlərdən uzaq durun.                                  

        

- Piyada gəzinti və bol-bol üzmək faydalıdır.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ