Nyu-Yorkdakı Maunt-Sinay Xəstəxanasının tədqiqatçıları qrip virusunun bütün növlərinə qarşı univrsal vaksinin ilk kliniki sınaqlarının nəticələrini təqdim ediblər.
7News.Az xəbər verir ki, nəticələr "Nature Medicine" jurnalında dərc olunub.
Yeni peyvənd kimerik hemagglutinin (HA) əsasında hazırlanıb və illik revaksinasiya ehtiyacını aradan qaldıra bilər.
Kliniki sınaqların ilkin mərhələsində ABŞ-dakı 65 könüllüdə peyvəndin təhlükəsizliyi və immunogenliyini qiymətləndirilib. Məlum olub ki, vaksin insanda azı 18 ay davam edən güclü immunitet yaradır.
7News.Az








