Amerikalı alimlər Qrenlandiya buzlaqlarının altında nəhəng krater tapıblar. Bu kraterdə Paris və ya Vaşinqton kimi böyük şəhərlər yerləşə bilər.
7News.Az Science Advances-ə istinadən bildirir ki, Qrenlandiyanın şimal-qərbindəki Hyavatha buzlağının altındakı nəhəng kraterin Yerə meteor düşməsi nəticəsində yarandığı güman olunur. Kraterin diametri 31 kilometr, dərinliyi 320 metrdir.
Kasa formasında olan sınma xətti NASA alimlərinin diqqətini hələ 2015-ci ildə, buzlaqların fotoları çəkiləndə cəlb etmişdi. Bir il sonra Almaniyadakı Alfred Veqener İnstitutunun əməkdaşları güclü buzqıran radar sistemini havada sınamaq qərarına gəlmişdilər. Onlar təyyarədən baxanda krateri görmüşdülər.
Alimlər indi krateri yaratmış meteoritin Yerə nə zaman düşdüyünü aydınlaşdırmağa çalışırlar. Onların ehtimallarına görə, krater ən uzağı 3 milyon, ən yaxını 12 min il əvvəl yaranıb.
Meteorun yerlə toqquşması nəticəsində Hirosimaya atılmış nüvə bombasından 47 milyon dəfə güclü partlayış baş verib, 100 km radiusda bütün canlılar məhv olub.
7News.Az












