RU
Buzlu içkilərin görünməyən təhlükəsi – Bu xəstəliklərə yoluxa bilərsiniz
13:40
32

Buzlu içkilərin görünməyən təhlükəsi – Bu xəstəliklərə yoluxa bilərsiniz

Yay mövsümündə sərinləmək üçün üstünlük verilən buzlu içkilər gigiyena qaydalarına əməl edilmədikdə sağlamlıq üçün ciddi risk yarada bilər.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çirkli sudan hazırlanan və ya gigiyenik olmayan şəraitdə saxlanılan buzlar müxtəlif bakteriya və virusların daşıyıcısı ola bilər.

Bildirilib ki, buzun donmuş vəziyyətdə olması mikroorqanizmlərin tam məhv olması demək deyil. Çirkli sudan hazırlanan buzlarda E. coli, Salmonella bakteriyası və Hepatit A virusu kimi xəstəlik törədiciləri canlı qala bilir. Buz əridikdən sonra isə bu mikroorqanizmlər yenidən aktivləşərək insan orqanizminə keçə bilər.

Mütəxəssislər, həmçinin gigiyena qaydalarına əməl olunmayan obyektlərdə istifadə edilən baxımsız buz aparatlarının da infeksiya riskini artırdığını vurğulayırlar. Bulanıq görünən və ya tərkibində yad hissəciklər olan buzlardan istifadə edilməməsi tövsiyə olunur.

Araşdırmalara əsasən, bəzi ictimai iaşə obyektlərindən götürülən buz nümunələrində yüksək səviyyədə bakteriyalar aşkarlanıb. Hətta bəzi hallarda bakteriya miqdarının tualet səthlərində qeydə alınan göstəricilərdən daha çox olduğu bildirilir.

Çirkli buzun istifadəsi mədə-bağırsaq infeksiyaları, qastroenterit, salmonellyoz, Hepatit A və tif kimi xəstəliklərə səbəb ola bilər.

Mütəxəssislər yay aylarında buzdan istifadə edən obyektlərdə təmiz içməli sudan istifadə edilməsinin, buz aparatlarının mütəmadi təmizlənməsi və texniki baxışdan keçirilməsinin vacibliyini xüsusi vurğulayırlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ