RU
Buzovnada faciə - fəhlə yıxılaraq öldü
14:30
68

Buzovnada faciə - fəhlə yıxılaraq öldü

Bakıda 61 yaşlı fəhlə yıxılaraq ölüb.

Hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Babayev pilləkəndən yıxılıb.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ