2017-ci ildə neftin orta qiyməti 41 dollar/barrel olacaq.
Beynəlxalq Valyuta Fondu (BVF) yaxın iki il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
7news.Az xəbər verir ki, World Economic Outlook-un hesabatında bildirilir.
BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barrel, 2017-ci ildə isə 41 dollar/barrel olacağı qeyd olunur.
Fond bundan əvvəlki hesabatında 2017-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barrel olacağını nəzərdə tutmuşdu.
7news.Az








