RU
BÖYÜK SUNAMİ FƏLAKƏTİ olacaq: kilometrlərlə ərazi su altında qalacaq - VİDEO
14:20
511

BÖYÜK SUNAMİ FƏLAKƏTİ olacaq: kilometrlərlə ərazi su altında qalacaq - VİDEO

Mərmərə dənizinin sahilləri sunami potensialı daşıyır.

Bu sözləri geoloq Şükrü Ərsoy İstanbul şəhərində mümkün şiddətli zəlzələ haqqında danışarkən deyib.

"Mərmərədə son 3 min il ərzində baş vermiş 25-dən çox sunami izi qazıntılar nəticəsində aşkarlanıb. Sonuncusu 1894-cü ildə yaşanıb. Dolayısı ilə bu bölgə sunami təhlükəsi altındadır. Sunami dalğaları dar kanallara girəndə mövcud olduğundan daha yuxarıya qalxa bilir. Eyüpsultan belə sunami altında qala bilər.

İstanbul Böyükşəhər Bələdiyyəsində 50-yə yaxın ssenari var. Mərmərənin harasında sunami olursa-olsun, neçə dəqiqədə və haraya qədər gedə biləcəyinə dair proqnozlar var. Bu, bizim Mərmərə reallığımızdır", - Ərsoy qeyd edib.

Professor bildirib ki, buradakı sunami okeanlardakı kimi şiddətli olmasa da 1-3 metr yüksəkliyə qalxa bilər: "Lakin bu belə öldürücüdür. Çünki dalğalar ardıcıl gəlir. Sahilə 100-200 metr belə girsə, geri çəkiləndə böyük zərərlər verə bilər".

Qeyd edək ki, Eyüpsultan bölgəsi Mərmərə dənizindən 30 km məsafədə yerləşir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ