RU
“Böyük 20-lik” və dünyanın 20 dərdi
11:08
1448

“Böyük 20-lik” və dünyanın 20 dərdi

Noyabrın 15-16-sı Antalyada “Böyük İyirmi”liyin sammiti keçiriləcək.

Dünya liderlərinin bu sammitdən gözləntiləri çoxdur. Çünki indiki zamanda Rusiya və Qərbin maraqları toqquşur və dünya az qala iki cəbhəyə bölünüb. Bu bölünmə Ukrayna və Suriyada açıq-aydın hiss olunmaqdadır. Suriya böhranında Qərb, Türkiyə və bir çox ərəb ölkələri eyni cəbhədə, Rusiya, İran, Çin başqa cəbhədən çıxış edir.

Suriyaya Rusiya və İranın birbaşa müdaxiləsi regionda mövcud ağır vəziyyəti daha da ağırlaşdırıb. Türkiyədən də yaxın zamanlarda Suriyada quru əməliyyatlara başlayacağı ilə bağlı yayılan məlumat isə Yaxın Şərqdə vəziyyətin daha da ağırlaşacağını göstərir.

“G 20”-də enerji, terrorla qlobal mübarizə məsələləri diqqət mərkəzində olsa da, müzakirə olunacaq əsas məsələ Suriya böhranı olacaq. Çünki hər tərəfin Suriyanın gələcəyi ilə bağlı öz ssenarisi və regionda dəstəklədiyi konkret qüvvə var. Ona görə də tərəflərin razılaşması və ortaq nöqtəyə gəlməsi baxımından “G 20” sammiti çox önəmlidir.

 

Məsələ ilə bağlı açıqlama verən "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirir ki, Turkiyənin Antalya şəhərində keçiriləcək G20 sammitində əsasən enerji məsələləri və Suriya problemi müzakirə ediləcək: “Eyni zamanda İŞİD terror qruplaşması və Avropaya köçkün axını ilə bağlı problemlər də masaya yatırılacaq. Hər iki məsələ ilə əlaqədar müzakirə niyyətlərinin olduğu baradə artıq ABŞ prezidenti Barak Obama açıqlama verib. Təbii ki, bu müzakirələr zamanı əsas diqqət Rusiya və Qərb arasında olan fikir ayrılıqlarına yönələcək. Çünki Suriya böhranında tərəflərin mövqeyi ziddiyyət təşkil edir. Və ümumiyyətlə, tərəflər arasında son zamanlarda müşahidə edilən gərginliklər sammitdəki müzakirələrdə də özünü göstərə bilər. Təbii ki, Türkiyə, eləcə də Qərb tərəfindən Tartusda dəniz, Lazkiyədə hava limanını əldə saxlaması və Aralıq dənizindəki maraqlarının müəyyən qədər təminat altına alınması şərti ilə Rusiyanın "Əsədsiz Suriya" planına razı salınmasına cəhd göstəriləcək"./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ