Böyük Britaniya hökuməti Ukraynaya 500 milyon ABŞ dolları məbləğində kredit ayırmaq, həmçinin birbaşa iqtisadi yardım göstərməyə hazırdır.
7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər naziri Elizabet Trass bildirib.
O, bu addımın Rusiyanın Ukraynaya hücumunun fəsadlarını azaltmaq məqsədi daşıdığını qeyd edib.
"Baş nazirin dünənki açıqlamasından sonra Böyük Britaniya iqtisadi sabitliyi, korrupsiya ilə mübarizə kimi həyati islahatları dəstəkləyəcək layihələr üçün çoxtərəfli inkişaf banklarına kreditlərə zəmanət verməyə hazırdır” – deyə XİN-in bəyanatında qeyd olunur.
Bu ay rəsmi London Ukraynaya idarəetmə qurumlarını dəstəkləmək, Rusiyadan enerji asılılığını aradan qaldırmaq məqsədilə 100 milyon dollara qədər vəsait ayıracaqlarını açıqlayıb.
7NEWS.Az







