Böyük Britaniyanın müdafiə naziri Ben Volles və rusiyalı həmkarı Sergey Şoyqu arasında görüş fevralın 11-də Moskvada baş tutacaq.
7NEWS.Az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Xatırladaq ki, yanvarın 21-də S.Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət etmişdi.
7NEWS.Az








