“Bizim onu dayandırmaq üçün başqa çıxış yolumuz yox idi”.
Suriyada, ikisi Böyük Britaniyanın vətəndaşı olmaqla, İŞİD terror qruplaşmasının 3 üzvü pilotsuz aparat vasitəsi ilə öldürülüb.
7news.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.
“Yaraqlılardan biri bizim küçələrdə terror planlaşdırmışdı. Bizim onu dayandırmaq üçün başqa çıxış yolumuz yox idi”, - baş nazir deyib.
D.Kemeron həmçinin qeyd edib ki, İŞİD terrorçularının Böyük Britaniyaya silahlı hücum planlaşdırması və hazırlığı barədə sübutlar var.
7news.az








