RU
Böyük Britaniyadan yeni ittiham — İran parlamentə haker hücumu edib
14:10
393

Böyük Britaniyadan yeni ittiham — İran parlamentə haker hücumu edib

Böyük Britaniya hökuməti İrana qarşı yeni ittihamla çıxış edib.

Rəsmi London bu ilin yay ayında parlamentə edilən kiber hücuma görə məsuliyyəti İranın daşıdığını bildirib.

Britaniya parlamentinin şəbəkəsi iyun ayında haker hücumuna məruz qalıb. Hücum 12 saat davam edib və 90 millət vəkilinin elektron poçt qutusu dağılıb. Bu şəbəkə baş nazir Tereza Mey olmaqla yanaşı bütün deputatlar tərəfindən istifadə edilir.
Britaniya kəşfiyyatı müəyyən edib ki, hücumun arxasında İran dayanır. Hücumun motivi bilinmir, amma ekspertlərin fikrinə görə, haker hücumu İran ordusunun lehinə ola bilər. Ekspertlər iddia edirlər ki, hakerlər atom üzrə anlaşmanı ləğv edib silahlanma proqramını inkişaf etdirmək niyyətində olublar./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ