7NEWS.az xəbər verir ki, Böyük Britaniyada ev təsərrüfatlarının enerji tələbatı yüksək qiymətlər və mülayim hava şəraiti səbəbindən 1970-ci illərdən bəri ən aşağı səviyyəyə düşüb.
Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin açıqladığı məlumatlara görə, ev təsərrüfatlarının enerji istehlakı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 15 azalıb.
Xüsusilə ilin son rübündə elektrik enerjisi və təbii qaza tələbatın azalmasının sürətlənməsi ilə ölkədə məişət enerji istehlakı son 50 ilin ən aşağı səviyyəsini gördü.
Keçən il Böyük Britaniyanın ümumi qaz istehlakı əvvəlki illə müqayisədə 7,5 faiz azalaraq 799 teravatt saat təşkil edib.
7NEWS.az








