RU
Böyük Britaniyanın miqrant göndərmək planı adambaşına 63 min funt-sterlinq baha başa gəlir
16:42
33

Böyük Britaniyanın miqrant göndərmək planı adambaşına 63 min funt-sterlinq baha başa gəlir


Hökumətin məlumatlarına görə, bir miqrantı Ruandaya deportasiya etmək onu Böyük Britaniyada saxlamaqdan 63 min funt sterlinqə baha başa gəlir. 

7NEWS.az xəbər verir ki, hökumətin məlumatlarına görə, immiqrantların Ruanda kimi üçüncü ölkəyə deportasiyası, onları Böyük Britaniyada saxlamaqdan adambaşına 63,000 funt sterlinqə baha başa gəlir. Başqa sözlə, Böyük Britaniyaya qeyri-qanuni yollarla gələn sığınacaq axtaranları başqa ölkəyə göndərmək əvəzinə saxlamaq, adambaşına 60 min funt-sterlinqdən çox qənaət edir. 

Hökumətin açıqladığı qiymətləndirmə hesabatında miqrantların Ruandaya göndərilməsinin adambaşına təxminən 169.000 funt sterlinqə başa gələcəyi məlum olub. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ