7News.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Spiker həmçinin bildirib ki, Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.
"Milli Məclisin 20 deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir. Xocalı Soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu isitiqamətdə müəyyən addımlar atacaq”.








