RU
“Böyük Yeddilik” Əfqanıstanda insan hüquqlarının pozulmasından narahatdır
11:15
231

“Böyük Yeddilik” Əfqanıstanda insan hüquqlarının pozulmasından narahatdır

"Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Əfqanıstanda insan hüquqlarının pozulmasından narahatlıqlarını ifadə ediblər.

Bu barədə G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra yayılan hesabatda deyilir.

Hesabatda "Taliban"ın hakimiyyətə gəlişindən sonra insan hüquqlarının sistematik şəkildə pozulması, siyasi inklüzivliyin olmaması, ağır iqtisadi vəziyyət, Əfqanıstanda terror qruplarının fəaliyyətindən narahatlıq qeyd edilir.

"Biz Əfqanıstanda hakimiyyətin "Taliban" tərəfindən zorla ələ keçirilməsindən sonra baş verən hadisələrdən dərin narahatıq. İnsan hüquqlarının sistematik şəkildə pozulması bizi təşvişə salır", - bəyanatda vurğulanır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ