RU
Üç aydır axtarılan şəxsin meyiti quyuda tapıldı - Video
18:50
297

Üç aydır axtarılan şəxsin meyiti quyuda tapıldı - Video

Sumqayıt şəhərində üç aydır axtarışda olan şəxsin meyiti tapılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhərdə ev alqı-satqısı ilə məşğul olan Əliyev Xanəli Alışan oğlunun meyiti Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən musiqi məktəbinin ərazisindəki zibil quyusunda tapılıb.

İlkin məlumata görə, onun meyiti yandırıldıqdan sonra quyuya atılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb. Belə ki, nazirliyə quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ